
Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov, kafedranın əməkdaşları - dosent, texnika elmləri doktoru İslam İslamov, assistent Baloğlan Nəcəfov və doktorant Nadir Atayev beynəlxalq simpoziumun müxtəlif bölmələrində iştirak ediblər.
Mehman Həsənov, Baloğlan Nəcəfov və Nadir Atayev beynəlxalq simpoziumun “Sənaye mühəndisliyi və robototexnika: Sənaye 5 tətbiqləri” bölməsində “3D-printerin tədqiqı və etibarlılığının hesablanması” mövzusunda məruzə ilə çıxış ediblər. İslam İslamov isə “Tezlik skanlayıcı antena qurğusunun modelləşdirilməsi” mövzusunda məruzə edib.
Qeyd edək ki, simpoziumun devizi “Sənaye 5.0-a doğru” olub.
Tehsil-press.az