
Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli, Həştərxan Dövlət Texniki Universitetinin rektoru Aleksandr Nevalyoni, AzTU-nun müəllimləri İltimas Məmmədov, Mehman Həsənov və Nadir Atayev konfransın məqsədi və əhəmiyyətindən danışıblar.
Konfransda “Rəqəmsal cəmiyyətdə elektron hökumət və infotelekommunikasiya xidmətləri”, “Kibertəhlükəsizliyin metod, vasitə və sistemləri”, ”Rəqəmsal dövlət və rəqəmsal iqtisadiyyat”, “Yeni idarəetmə modeli: Kiberfiziki sistemlərin əsasları, texnologiyaları və tətbiq sahələri” bölmələri üzrə məruzələr dinlənilib.
Tehsil-press.az