
Muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, baş mühafiz dosent Məhfuzə Zeynalova və Arxeologiya elmi-fond şöbəsinin müdiri Nasir Quluzadənin iştirak etdiyi görüşdə əcnəbi arxeoloqlar Azərbaycanda və onun hüdudlarından kənarda aparılan Paleolit dövrü tədqiqatları və onun nəticələri haqqında ətraflı məlumat veriblər.
Sonra qonaqlar Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə elmi-tədqiqat layihəsini reallaşdırmaq arzusunda olduqlarını bildiriblər. Tədqiqatçı alimlər qeyd ediblər ki, layihənin əsas məqsədini azıxantropun alt çənəsinin mütləq xronologiyası, eləcə də paleoantropoloji xüsusiyyətlərini müəyyənləşdirmək təşkil edir. Sözügedən layihənin reallaşdırılması ilə bağlı tərəflər ilkin razılığa gəliblər.
Sonda qonaqlara muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə olunub.
Tehsil-press.az