
Oktyabrın 14-də konfransda Ayça Ergülün “Zebra balığında neyrodegenerativ xəstəliyin modelləşdirilməsi”, Ayaz Dinçerin “Türkiyədə konservasiya istiqamətli bioloji tədqiqatlar”, Svetla Danovanın “Süd turşusu bakteriyasi və sağlamlıq - məqsədə necə nail olunmalı”, Fərəh Sayımın “Qırmızı qurbağa (Bombina bombina) növü ekotoksikoloji test orqanizm kimi”, ICESCO-nun sektor müdiri professor Rahil Qəmərin “Güclü genomiks: perspektivləri və gələcək potensialları”, Esra Ersoy Öməroğlunun “Arsenlə çirklənmə şəraitində çəltik becərilməsinin təkamülü və arsenat metabolizə edən və metanogen bakteriyalar” adlı məruzələri dinlənilib.
Beş bölmədə davam edən konfrans bu gün başa çatacaq.
Tehsil-press.az