UNEC-in məzunu şəhid Fərhad Fərhadlının diplomu ailəsinə təqdim olunub

UNEC-in məzunu şəhid Fərhad Fərhadlının diplomu ailəsinə təqdim olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsi şəhidi Fərhad Fərhadlının ailəsi ilə görüş keçirilib.
Əvvəlcə UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin qarşısına gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Rektor professor Ədalət Muradov şəhidin valideynləri ilə görüşərək, Fərhad kimi qəhrəmanların xatirəsinin universitet tərəfindən daim əziz tutulacağını, onların valideynlərinin, ailələrinin hər zaman UNEC ailəsinin bir üzvü kimi, diqqət və qayğı ilə əhatə olunacağını deyib.
Sonra Ədalət Muradov Fərhad Fərhadlının diplomunu valideynlərinə təhvil verib.
Xatırladaq ki, Vətən müharibəsində iştirak etmiş Fərhad Fərhadlı 2020-ci il oktyabrın 20-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər