Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavinləri Fərhad Mirzəyev, Şamo Cəbrayılov, fakültənin əməkdaşları Səbinə Abbasova və Yəsəmən Hüseynova Vətən müharibəsində şəhid olmuş BDU məzunu leytenant Tural Yadulla oğlu Eyyubovun məzarını ziyarət ediblər.
2020-ci ilin oktyabrında Vətənin müdafiəsinə qatılan Tural Eyyubov Füzuli, Xocavənd, Şuşa uğrunda döyüşərək oktyabrın 25-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər