Türkiyədə mədəndəki partlayışda ölənlərin sayı 40-a çatdı

Türkiyədə mədəndəki partlayışda ölənlərin sayı 40-a çatdı Dünən Türkiyənin Bartın şəhərində kömür mədənində baş verən partlayışda həlak olanların sayı artaraq 28-ə çatıb.
Bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə öz növbəsində axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra hadisənin səbəblərinin araşdırılacağını qeyd edib.
***
13:00
Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayış nəticəsində həlak olanların sayının 40-a çatdığını açıqlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər