AzTU-da texnoparkın yaradılması məsələsi müzakirə olunub

AzTU-da texnoparkın yaradılması məsələsi müzakirə olunub Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.
İcasda universitetdə təhsil və tədrisin idarə edilməsi istiqamətində hazırlanan bir sıra rəqəmsal həllər, həmçinin universitetin yenilənmiş saytı şura üzvlərinə təqdim olunub.
AzTU-da texnoparkın yaradılması və universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi ilə bağlı məsələlər də şura üzvləri tərəfindən müzakirə olunub.
Rektor Vilayət Vəliyev AzTU-nun bu istiqamətdə əməkdaşlıq etdiyi xarici universitetlər və şirkətlər barədə məlumat verib.
İclasda universitet-sənaye işbirliyinin inkişafında ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərlə bağlı müzakirələr aparılıb və təkliflər verilib.

Tehsil-press.az

Oxşar xəbərlər