Dövlət Neft və Sənaye Universiteti mühəndislik təhsili sahəsində dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alıb

Dövlət Neft və Sənaye Universiteti mühəndislik təhsili sahəsində dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alıb Dünya elm bazalarında yer alan universitetlərin reytinqini təqdim edən İspaniyanın “Scimago Institutions Rankings” nəşriyyatı 2021-ci il üçün reytinq cədvəlini dərc edib. “Elsevier” və “Scopus” məlumat bazası əsasında aparılmış araşdırmanın nəticəsi olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2021-ci ildə dünyanın ən yaxşı 900 universiteti siyahısında ümumi sıralamada 855-ci yerdə qərarlaşıb.
Reytinqə əsasən universitet mühəndislik təhsili sahəsində isə 690-cı yeri tutub.

Tehsil-press.az


Oxşar xəbərlər