Xəzər Universiteti beynəlxalq reytinq cədvəllərində Azərbaycan üzrə liderdir

Xəzər Universiteti beynəlxalq reytinq cədvəllərində Azərbaycan üzrə liderdir “Eduniversal” təşkilatı dünyanın ən yaxşı biznes məktəblərinin rəsmi reytinqini dərc edib. Reytinq cədvəlində Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi Azərbaycanın biznes məktəbləri arasında 1-ci yeri tutub.
Bu reytinq cədvəli “Eduniversal” Elmi Komitə üzvləri tərəfindən beynəlxalq təsir, reputasiya və təhsil keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilir.
Daha bir reytinq cədvəli – QS Reytinq Agentliyinin (Böyük Britaniya) “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə yeni reytinq cədvəli açıqlanıb. Reytinq cədvəlində Xəzər Universiteti yenə Azərbaycan universitetləri arasında 1-ci yeri tutub.
QS Reytinq cədvəli ali məktəblərdə müəllimlərin təcrübəsi, işəgötürənlər arasında nüfuz, akademik nüfuz və s. meyarlar üzərində tərtib edilib.
Reytinqlə bağlı məlumatları Xəzər Universitetinin saytında yerləşdirilmiş link vasitəsi ilə əldə etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər