Xəzər Universitetində əcnəbi doktorantlarla görüş

Xəzər Universitetində əcnəbi doktorantlarla görüş Xəzər Universitetinin İqtisadiyyat və menecment departamenti əcnəbi doktorantlarla görüş keçirib.
Görüşün əsas məqsədi əcnəbi doktorantların Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri, daxili sənədləşmə qaydaları barədə məlumatlandırılması, dissertasiyanın və elmi məqalələrin hazırlanması və dərc edilməsi üzrə onların təlimatlandırılmasından ibarət olub. Eyni zamanda, qarşıya qoyulan əsas məsələlər arasında əcnəbi doktorantları xarici dövri elmi nəşrlərdə məqalə çap edərkən yarana biləcək müxtəlif vəziyyətlərlə əvvəlcədən tanış etmək, Ali Attestasiya Komissiyasının tələblərini düzgün formada həyata keçirmək üçün zəruri addımlarla bağlı məlumatlandırmaq önəmli yer tuturdu.
Menecment fakültəsinin dekanı Ceyhun Məmmədov iclasda çıxış edərək, tələbələrə tövsiyələrini verib. İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov əcnəbi tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər