UNEC-də birinci kurs tələbələri ilə görüş

UNEC-də birinci kurs tələbələri ilə görüş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə çıxış edən fakültənin dekanı dosent Mirağa Əhmədov tələbələrə təhsillərində uğurlar arzulayıb. UNEC-dəki yeniliklər barədə məlumat verən dekan tələbələrə təhsil aldıqları müddətdə universitetdə onlar üçün yaradılmış təhsil imkanlarından maksimum yararlanmağı tövsiyə edib. O, həmçinin tələbələrə startap biznes inkubasiya mərkəzinin fəaliyyətindən, eləcə də beynəlxalq mübadilə proqramlarından söz açıb.
UNEC-in İkili diplom və əlavə təhsil bölməsinin rəhbəri Mehriban Musayeva isə UDİD və minor proqramlarından danışıb.
Fakültənin katibi Elxan Salayev, tyutor xidmətinin rəhbəri İradə Ələkbərova tədrislə bağlı tələbələrin suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər