AzMİU tələbələrinin istehsalat müəssisəsində təcrübə və iş imkanları müzakirə edilib

AzMİU tələbələrinin istehsalat müəssisəsində təcrübə və iş imkanları müzakirə edilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzi tərəfindən “Norm” şirkətinin nümayəndəsi Tamerlan Əmirbəyli ilə fakültə dekanları və kafedra müdirləri arasında onlayn görüş təşkil edilib.
Görüşdə tələbələrin şirkətdə təcrübə və iş imkanları müzakirə edilib. Qərara alınıb ki, hər iki tərəf potensial imkanları araşdırıb əməkdaşlığa uyğun istiqamətləri müəyyən etsin və əlaqələrin inkişaf etdirilməsi üçün yaxın zamanda növbəti görüş təşkil olunsun.

Tehsil-press.az

Oxşar xəbərlər