
Tələbələrdən 5-i imtahan və müsahibələrdə uğur əldə edib. Universitetin “SABAH” qruplarının tələbəsi Rəhiməxanım Kazımlı SOCAR-ın təqaüdünü qazanıb. Bir semestr üçün nəzərdə tutulmuş təqaüd SOCAR-da keçiriləcək mükafatlandırma mərasimində tələbəyə təqdim olunacaq. “Norm Sement”in ödənişli yay təcrübə proqramı üzrə universitetin 4 tələbəsi - Mənsur İsmayılov (İnşaat mühəndisliyi), İnci Musayeva (İnşaat mühəndisliyi), Nurlan Qurbanov (Tikinti materialları), Ramin Qənbərli (Tikinti materialları) uğur qazanaraq, şirkətdə təcrübə keçmək imkanı əldə ediblər.
Yay təcrübə proqramı tələbələrə universitetdə öyrəndikləri nəzəri bilikləri tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradacaq. Həmçinin seçilən tələbələr nahar və nəqliyyat xidmətindən yararlanacaq. Təcrübəçilərə şirkət tərəfindən proqram müddəti ərzində ödəniş ediləcək.
AzMİU-nun Mətbuat Xidməti