Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi 2022-ci ildə qəbul olmuş doktorant və dissertantlar üçün “İxtisasa giriş” adlı ilk seminarını təşkil edib.Seminarda doktorant və dissertantlara təhsil müddəti ərzində görəcəkləri işlər, onları gözləyən mərhələlər barədə geniş məlumat verilib.
Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Aynur Əlimuradova 2022-ci ildə həyata keçirilən doktoranturaya qəbul prosesi, nəticələri və yekun barədə məlumat verib.
Həmin şöbənin müdiri professor Hümeyir Əhmədov isə doktorantları qarşıda duran vəzifələr barədə məlumatlandırıb.
Yekunda iştirakçıların sualları cavablandırılıb.
Tehsil-press.az












