“SCOPUS” platformasında UNEC-ə məxsus 662 elmi əsər indekslənib

“SCOPUS” platformasında UNEC-ə məxsus 662 elmi əsər indekslənib “Elsevier” şirkəti tərəfindən yaradılmış “SCOPUS” nüfuzlu elmi nəşr platformasında Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) aid olan 297 müəllif profili mövcuddur. Ümumilikdə bu günədək “SCOPUS” profilində UNEC-in 662 elmi əsəri (bir neçə müəllifi olan məqalələr) yer alıb. Müəllifə görə təhlil aparılarsa, hazırda 1262 elmi əsər (tək müəllifli olan məqalə) UNEC nümayəndələri tərəfindən yazılıb.
Hazırda UNEC-də 17 kafedra fəaliyyət göstərir. 15 kafedranın professor-müəllim heyətinin həmin bazada 209 müəllif profili mövcuddur. Bazadakı 1262 elmi əsərin 74 faizi (928 elmi əsər) UNEC-də hazırda fəaliyyət göstərən elmi-pedaqoji heyətin payına düşür.
UNEC-in Elmmetrika şöbəsi tərəfindən kafedraların qeyd olunan göstərici üzrə reytinqi hazırlanıb. Reytinq üzrə Mühəndislik və tətbiqi elmlər kafedrası 45 faizlə elmi əsərlərin sayına görə liderdir.

Tehsil-press.az

Oxşar xəbərlər