İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının illik toplantısı ilk dəfə Bakıda keçirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının illik toplantısı ilk dəfə Bakıda keçirilib Bakıda PISA İdarə Heyətinin 54-cü görüşünə start verilib.
PISA İdarə Heyətinin iclası ilə əlaqədar dünyanın 46 ölkəsindən 70-dən çox ekspert hazırda Bakıda səfərdədir. Pandemiyadan sonra ilk dəfə hibrid formada keçirilən tədbirdə ümumilikdə 150-dən çox nümayəndə iştirak edir.
Görüşün plenar sessiyasının açılışında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu yüksək səviyyəli tədbirin Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsindən məmnunluq hissi duyduğunu vurğulayıb.
Azərbaycanlı şagirdlərin beynəlxalq qiymətləndirmə tədqiqatlarında əldə etdikləri nəticələrdən danışan Emin Əmrullayev bildirib ki, təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyasında PISA nəticələri də əsas keyfiyyət standartı olaraq müəyyən edilib.
Tədbirin ölkəmizin təhsil ictimaiyyəti üçün kifayət qədər yeni bir təcrübə olduğunu qeyd edən elm və təhsil naziri şənbə günü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə birgə fərqli ölkələrdən gələn mütəxəssislərin də iştirakı ilə qiymətləndirmə sahəsində keçiriləcək konfransın çox böyük əhəmiyyətə malik olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Emin Əmrullayev çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
Daha sonra görüş sessiyalarla işini davam etdirib.
Qeyd edək ki, tədbir noyabrın 4-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər