AzTU ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Bakıda keçirilmiş Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi rektorlar Vilayət Vəliyev və Ahmet Kesik imzalayıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay biznes forumun açılışında çıxış ediblər.
Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər