AzMİU-nun tələbələri “Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzində olublar

AzMİU-nun tələbələri “Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzində olublar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Bakı Metropoliteni” QSC-yə ekskursiya təşkil olunub.
Metropolitenin 55 illiyinə həsr olunan "Gəlin, bütün stansiyalara səyahət edək" adlı ekskursiyada Nəqliyyat fakültəsinin tələbələri iştirak ediblər.
Ekskursiya zamanı tələbələr metropolitenin Təlim-Tədris Mərkəzində də olublar. Onlara mərkəz haqqında ətraflı məlumat verilib. Daha sonra mərkəzdə yerləşən tikinti qurğularının maketləri ilə tanışlıq olub.

Tehsil-press.az

Oxşar xəbərlər