İstanbulda partlayışı törədən qadın Suriya vətəndaşıdır

İstanbulda partlayışı törədən qadın Suriya vətəndaşıdır İstanbulun Taksim meydanında partlayışı törədən qadın Suriya vətəndaşıdır.
Bu barədə İstanbul Şəhər Polis İdarəsinın açıqlamasında deyilir.
Məlumatda qeyd olunur ki, Əhlam Əl-Bəşir adlı qadın PKK terror təşkilatı tərəfindən cəlb edilib və qanunsuz yollarla Suriyadan Türkiyə ərazisinə daxil olub.
Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər