Türkiyədə İŞİD yaraqlısı olan 3 azərbaycanlı saxlanıldı

Türkiyədə İŞİD yaraqlısı olan 3 azərbaycanlı saxlanıldı Türkiyədə keçirilən ikigünlük antiterror əməliyyatı nəticəsində Bursa əyalətində də terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən çoxlu adam saxlanılıb.

Təhsil-press.az-n məlumatına görə, onların sayı 105 nəfərdir. Məlumata əsasən, onların 59-u xarici ölkə vətəndaşıdır. Belə ki, saxlanılan şəxslərin 51-i Suriya, 1-i Rusiya, 4-ü Türkmənistan, 3-ü Azərbaycan vətəndaşıdır. Onlardan 46-sı isə Türkiyə vətəndaşıdır.
* * *12:44
Türkiyənin 29 vilayətində İŞİD terror təşkilatına qarşı eyni vaxtda keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 763 nəfər saxlanılıb.
“Anadolu” xəbər verir ki, fevralın 5-də keçirilən əməliyyatlar zamanı terror təşkilatına aid xeyli sayda sənəd, rəqəmsal materiallar, iki tapança, dörd avtomat silah, 372 patron götürülüb.
Türkiyə Baş Polis İdarəsinin əməliyyatlarla bağlı yaydığı məlumatda İŞİD-in növbəti terror aktları hazırlığında olduğu, yeni üzvlərin cəlb edilməsi ilə bağlı təbliğat və təşviqat işlərini gücləndirdiyi, xüsusilə Türkiyəni öz hücumlarının əsas hədəfi olaraq müəyyənləşdirdiyi bildirilib. Məlumatda, həmçinin İŞİD-ə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.

Təhsil-press.az

Oxşar xəbərlər