UNEC alimlərinin “Google Scholar” sisteminə 2884 elmi əsəri yüklənib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin internet üzərindən axtarışda olan 2884 elmi əsəri “Google Scholar” profilinə yüklənib.
Sistemdə olan 94 elmi əsər 2022-ci ilin payına düşür və onlara olunan istinad sayı 1258-dir.
Bu elmi əsərlərdən ən yüksək istinad göstəriciləri 2021-ci il üçün qeydə alınıb. Belə ki, həmin ildə 287 elmi əsərə 1793 istinad olunub.
Tehsil-press.az
- Baxış: 1830
Xəbərin tarixi: 15.11.2022 / 11:31
-
Oxşar xəbərlər