“UNEC-də bir gün” layihəsi davam edir

“UNEC-də bir gün” layihəsi davam edir Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” davam edir.
Layihə çərçivəsində “UNİSER” adlı özəl məktəbin və 83 saylı orta məktəbin 11-ci sinif şagirdləri Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) olublar.
II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə fakültə və ixtisaslar, ikili diplom, mübadilə, UDİD, minor, xüsusi təqaüd proqramları barədə məlumat verilib. Sonra onlar Beynəlxalq İqtisadiyyat Məktəbində “İqtisadiyyata giriş” və “Xarici dil” fənlərini dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan abituriyentlər üçün UNEC-də infotur da təşkil olunub. Onlar oxu zalı, 24/7 kitabxana, müasir texniki avadanlıqla təchiz olunan auditoriyalar, akt zalları, tələbə yeməkxanası ilə tanış olublar.
Qeyd edək ki, “UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi feysbuk səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər