Abituriyentlərin nəzərinə: “UNEC-i tanı” layihəsi davam edir

Abituriyentlərin nəzərinə: “UNEC-i tanı” layihəsi davam edir Abituriyentlər üçün “UNEC-i tanı” layihəsi davam edir.
Layihə çərçivəsində abituriyent və onun valideynlərinə universitetdəki ixtisaslar, xarici universitetlərlə ikili diplom, eləcə də UDİD, mübadilə proqramları, xüsusi təqaüd imkanları barədə məlumat verilib. Həmçinin UNEC-də onlar üçün infotur təşkil olunub.
Layihənin budəfəki iştirakçısı Sücayət İslamzadə 601 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçib. S.İslamzadə UNEC-in 100 manat xüsusi təqaüdünü qazanacaq.
Xatırladaq ki, I-V qrupa hazırlaşan abituriyentlər ixtisas seçiminə qədər həftənin II-V günləri, saat 10-dan 16-dək UNEC-in əsas tədris binasına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb layihədə iştirak edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər