
Ətraflı
XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycanın ərazilərinə hər hansı bir xarici səfər Azərbaycanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.
“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilmişdir. Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, - o vurğulayıb.
Tehsil-press.az