BDU-nun komandası futbol turnirinin qalibi olub

BDU-nun komandası futbol turnirinin qalibi olub Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində ali təhsil müəssisələri arasında futbol üzrə keçirilən turnirdə Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət yığma komandası qalib olub.
BDU-nun komandası seçmə turlarda bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Final mərhələsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yığma komandasına qalib gələn BDU-nun komandası kuboka sahiblənib.

Tehsil-press.az


Oxşar xəbərlər