Texniki Universitetdə yeni laboratoriya yaradılacaq

Texniki Universitetdə yeni laboratoriya yaradılacaq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) və “Nokia” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə universitetdaxili tədqiqat və inkişaf mərkəzlərinin formalaşdırılması, eləcə də yeni növ tələblərə cavab verən texniki avadanlıqların iş prinsipi ilə tanışlıq və tətbiq imkanlarının artırılmasını təmin etmək məqsədilə AzTU ilə “Nokia” şirkəti arasında əməkdaşlığa dair ilkin razılaşma əldə olunub.
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində AzTU-nun nəzdində GPON texnologiyası əsasında “Nokia” şirkətinin müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayacaq. İlkin mərhələdə universitetin radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasında təhsil alan 800-ə yaxın tələbəyə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək. Bu da elmi-tədqiqatların aparılması, həmçinin “Nokia” şirkəti ilə universitet-sənaye işbirliyi çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə səbəb olacaq. Bundan başqa, “Nokia” şirkətinin ekspertlərinin iştirakı ilə mütəmadi olaraq universitetdə təlimlər və ustad dərsləri keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər