Texniki Universitetin nəzdində “ALSTOM Transport Azərbaycan” şirkətinin laboratoriyası yaradılacaq

Texniki Universitetin nəzdində “ALSTOM Transport Azərbaycan” şirkətinin laboratoriyası yaradılacaq Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində “ALSTOM Transport Azərbaycan” şirkətinin laboratoriyasının təşkili nəzərdə tutulur.
Laboratoriya AzTU ilə “ALSTOM Transport Azərbaycan” MMC arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən yaradılacaq.
Qeyd edək ki, memorandumda gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstəyin göstərilməsi, tələbələrin və məzunların daxili müsabiqə əsasında şirkətdə işlə təmin olunması da qərara alınıb. Qarşılıqlı elmi-nəzəri və ustad dərslərinin tədrisi, lokomotiv və lokomotiv təsərrüfatında birgə əməkdaşlıq üçün hər iki tərəfin iştirakını koordinasiya edən işçi qrupun yaradılması da sənəddə əks olunub.

Tehsil-press.az

Oxşar xəbərlər