Xəzər Universitetində “Hədəf” kurslarının nəşrləri təqdim olunub

Xəzər Universitetində “Hədəf” kurslarının nəşrləri təqdim olunub Xəzər Universitetində “Hədəf” kurslarının idarə heyəti ilə görüş keçirilib.
İdarəetmə və tələbələrlə iş üzrə prorektor İsaxan İsaxanlı təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığının əhəmiyyətini vurğulayıb, universitetin tələbə kontingenti və potensialı barədə məlumat verib.
İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli isə universitetin ölkə daxilində və beynəlxalq aləmdəki nüfuzu, məzunların iş imkanları barədə fikirlərini bölüşüb. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy Xəzər Universiteti haqqında təqdimatla çıxış edib.
“Hədəf” kurslarının icraçı direktoru Emin Sadiqov tədris prosesi, sınaq imtahanları və təhsillə bağlı layihələrdən danışıb.
Sonra “Hədəf” kurslarının nəşrləri təqdim edilib.

Tehsil-press.az




Oxşar xəbərlər