“Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabı təqdim edilib

“Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabı təqdim edilib Professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının Bakı Avrasiya Universitetində təqdimatı keçirilib.
Görkəmli təhsil qurucusu, şair, yazıçı-publisist Hamlet İsaxanlının zəngin, mükəmməl və səmimi poetik “mən”i “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsərində bütün rəngarəngliyi və bütövlüyü ilə əks olunub. Əsərin bir digər məziyyəti isə sənədlilikdir. Sənədli nəsrdə sənədlərə əsaslanma, gerçəkliyə, reallığa istinad mütləqdir. Əsərdə Qarabağın Azərbaycanın olması zəngin qaynaqlar və elmi dəlillərlə əsaslandırılıb. Kitabdakı sənədlilik, gerçək faktlara bağlılıq bədii nəsr üçün qaynaq, mənbə rolu oynayır.
Tədbirdə Hamlet İsaxanlının ömür yolu və yaradıcılığı haqqında geniş məlumat verilib, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün kitabın əhəmiyyəti qeyd edilib. Qarabağ hadisələri haqqında kitabda kifayət qədər geniş məlumatların toplandığı vurğulanıb.
Çıxışlardan sonra Hamlet İsaxanlı tələbələrin suallarını cavablandırıb. Tədbirdə şairin “Bu da həyatdır”, “Baş açmadın bu dünyadan” şeirləri səsləndirilib.

Tehsil-press.az



Oxşar xəbərlər