![ABŞ əhalisi miqrantların hesabına bir il ərzində 1,2 milyon nəfər artıb](https://azertag.az/files/2022/3/1200x630/1671762829430961274_1200x630.jpg)
Bu barədə ABŞ-ın Siyahıyaalma Bürosunun məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, artım əsasən digər ölkələrdən miqrasiya hesabına baş verib. Bir il ərzində 1 milyondan çox insan ABŞ-a köçüb. Bu rəqəm 2021-ci illə müqayisədə 168 faiz artıb. Belə ki, ötən il bu göstərici 376 min nəfər təşkil edib.
Siyahıyaalma Bürosu əlavə edib ki, 2007-ci ildən bəri ilk dəfə 2022-ci ildə ölkədə doğulanların ümumi sayı artıb.
Ümumilikdə ABŞ əhalisinin illik artım tempi 0,4 faiz təşkil edib.
Tehsil-press.az