Merkelin müşavirindən illər sonra ŞOK ETİRAF - Bu, səhv idi...

Merkelin müşavirindən illər sonra ŞOK ETİRAF - Bu, səhv idi... 16 il fasiləsiz baş nazirlik etdikdən sonra ötən ilin dekabrında vəzifəsini tərk edən Merkelin müşaviri olmuş Kristof Heusgenin sözləri Almaniya gündəminə bomba kimi düşüb.
WELT am Sonntag qəzetinə açıqlama verən Münhen Təhlükəsizlik Konfransının sədri Heusgen 2005-2017-ci illərdə məsləhətçi olduğu müddətdə qəbul edilən bəzi qərarların yanlış olduğunu bildirib.
Rusiyanın siyasətində səhvlərə yol verildiyini etiraf edən keçmiş müşavir deyib: “Angela Merkelin dövründə imzalanmış “Şimal axını 2” layihəsi nəticəsində tamamlanan kəmərlə təbii qaz nəqli olmasa da, sonradan bunun səhv olduğunu gördük”.
Heusgen bildirib ki, 2011-ci il martın 11-də Fukusima AES-də baş vermiş qəzadan sonra Merkel hökuməti ölkədəki atom elektrik stansiyalarını mərhələli şəkildə bağlamaq qərarına gəlib və bu boşluğu doldurmaq üçün Moskva ilə “Şimal axını 2” təbii qaz kəməri layihəsini imzalayıb.
“Rusiya təbii qazı ən sürətli və ucuz həll yolu idi. Həm SPD, həm də iqtisadi qurumlar və təşkilatlar bu layihəyə tam dəstək verdilər. Lakin sonradan anladıq ki, bu layihəni imzalamaq səhvdir”.
2017-2021-ci illərdə Almaniyanın Birləşmiş Millətlər Təşkilatında (BMT) daimi nümayəndəsi vəzifəsini icra edən və keçən il Münhen Təhlükəsizlik Konfransına sədrlik edən Heusgen Almaniyanın Ukraynaya Leopard tankları göndərməsini də istəyib.
Keçmiş günlərdə Alman nəşriyyatı Der Spiegel-ə danışan köhnə kansler etiraf kimi açıqlamalar verdi.

Tehsil-press.az

Oxşar xəbərlər