SOCAR ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib

SOCAR ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2023-cü il yanvarın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru Rana Karadşeh ilə görüşüb.
Görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin SOCAR ilə IFC arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər