Naxçıvanda iki ay əvvəl verilən qərar ləğv edildi

Naxçıvanda iki ay əvvəl verilən qərar ləğv edildi Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Belə ki, Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.
Qeyd edək ki, iki ay öncə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri” haqqında 2022-ci il 14 mart tarixli Qərarını aidiyyəti qurumlara göndərmişdi. Həmin tariflərə əsasən ötən ilin dekabrın 30-dan şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilmişdi.
Xatırladaq ki, Tarif (qiymət) Şurası yanvarın 31-də keçirilən iclasında Bakı və digər regionlar daxil olmaqla, sərnişindaşımada qiyməti 10 qəpik artırmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər