Arvadının qabırğalarını sındıraraq işgəncə verən şəxs Ali Məhkəməyə müraciət etdi

Arvadının qabırğalarını sındıraraq işgəncə verən şəxs Ali Məhkəməyə müraciət etdi Bakıda arvadını döyməkdə və işgəncə verməkdə təqsirləndirilən Murad Abasov barəsindəki hökmdən kassasiya şikayəti verib.
Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayət hakim Əziz Seyidovun sədrliyi araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama aktına əsaəsn, hadisə 2021-ci il iyun ayının əvvəllərindən avqust ayının 9-dək olan müddət ərzində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, M.Abasovun qeyri-rəsmi nikahda (ər və arvad) yaşadığı Minəxanım Müzəffərova ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman o, qadını yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Daha sonra M.Abasov M.Müzəffərovanı mütəmadi olaraq döyüb və onun qabırğalarını sındırıb.
Bundan başqa, o, xüsusi amansızlıqla zərərçəkənə ağır iztirablar verib.
Cinayət materiallarında göstərilib ki, M.Müzəffərova ağrılara dözə bilməyib, dönə-dönə aman diləyib, sevgilisinə onu vurmamağı üçün yalvarıb. Lakin təqsirləndirilən şəxs qadının dediklərinə məhəl qoymayıb, ona işgəncə verib.
Məhkəmədə ifadə verən M.Abasov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Tehsil-press.az


Oxşar xəbərlər