AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramına Azərbaycan xalqının milli dövlət bayramı statusu verildiyini vurğulayan akademik İsa Həbibbəyli Mərkəzi Asiya ölkələrində və Türkiyədə də rəsmi şəkildə qeyd olunan bu bayramı Türk dünyasının inteqrasiyasında mühüm faktorlardan biri kimi səciyyələndirib.
Sonra AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov “Novruz bayramının mifoloji kökləri və sosial-mədəni semantikası” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb.
Bildirilib ki, son dövrlərdə AMEA-nın ilk dəfə olaraq beynəlxalq elmi qurumlara - Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına, Avrasiya Universitetləri Birliyinə və Dünya Elmlər Akademiyasına tam səsvermə hüququna malik üzvlüyə qəbul edilib.
Sonra AMEA Rəyasət Heyəti Aparatının şöbələrinin əsasnamələri müzakirə olunub və təsdiqlənib.
İclasda AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə ekspedisiyaların təşkili üzrə komissiyanın yaradılması qərara alınıb. Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki Şuranın yaradılması və akademik Vahid Hacıyevin 95 illik yubileyinin qeyd olunması haqqında qərarlar qəbul edilib.
Sonda AMEA-nın ümumi yığıncağına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub və tapşırıqlar verilib.
AMEA Rəyasət Heyətinin iclasındakı müzakirələrdə akademiklər İradə Hüseynova, Gövhər Baxşəliyeva, professor Elton Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər