İspaniyanın gələcək kraliçası 3 illik hərbi təhsil alacaq

İspaniyanın gələcək kraliçası 3 illik hərbi təhsil alacaq Parlament monarxiyasının hökm sürdüyü İspaniyada taxt-tacın ilk varisi olan 17 yaşlı şahzadə Leonorun İspaniya Silahlı Qüvvələrində növbəti akademik kursdan başlayaraq 3 il müddətində hərbi təhsil alacağı açıqlanıb.
Bu haqda İspaniya müdafiə naziri Marqarita Robles açıqlama verib.
Nazir şahzadə Leonorun quru, dəniz və hava qüvvələrində 3 illik hərbi təhsilə başlaması üçün fərman verildiyini bildirib.
Robles gələcəkdə kraliça olaraq taxta keçəcək olan şahzadə Leonoru İspaniya Silahlı Qüvvələrinin ilk qadın baş komandiri olacağına görə də əvvəlcədən təbrik edib.
Qeyd edək ki, son 2 ildə Uelsdə kollecdə təhsil alan şahzadə Leonor atası Kral VI Felipenin 1985-1989-cu illərdə aldığı hərbi təhsili alacaq.

Tehsil-press.az

Oxşar xəbərlər