Pedaqoji Universitetdə Heydər Əliyevə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş olunub

Pedaqoji Universitetdə Heydər Əliyevə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi tərəfindən teatrın direktoru, şair-dramaturq İftixar Piriyevin “Qurtuluş” pyesinin tamaşası nümayiş etdirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə kollektivi ilə yanaşı Pedaqoji Universitetdə ekskursiyada olan İmişli, Beyləqan, Saatlı və Sabirabad məktəbliləri də iştirak edib.
“Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində nümayiş etdirilən tamaşa müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, müasir Azərbaycanın ən parlaq səhifələrini yaradan görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı İftixar Piriyev, rejissor assistenti İmaməli İmaməliyevdir.
Səhnə əsərində Heydər Əliyevin bədii obrazını da Əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırıb. Digər rolları teatrın aktyorları Məhərrəm Musayev, Esmiralda Şahbazova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Natiq Həziyev, Sevinc Hüseynova, Bəhruz Hikmətoğlu, Fərid Vəliyev, Samir Əliyev, Müdvər Nemətova, Xədicə Məmmədova, Pərvin Dadaşova, Güney Əliyeva, Sevinc Hüseynova, Bəxtiyar, Zəki Fətəliyev, Səbinə İmamverdiyeva, Anar Buludov, Arzuman Tanrıverdi ifa ediblər.
Tamaşa universitet kollektivi, tələbələr və məktəblilər tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az


Oxşar xəbərlər