“Korn Ferry” kampaniyasının Mərkəzi Avrasiya regionu üzrə rəhbəri UNEC tələbələri ilə görüşüb

“Korn Ferry” kampaniyasının Mərkəzi Avrasiya regionu üzrə rəhbəri UNEC tələbələri ilə görüşüb Konsaltinq və insan resursları sahəsində dünyanın aparıcı şirkətlərindən olan “Korn Ferry”nin Mərkəzi Avrasiya regionu üzrə rəhbəri Yaroslav Qlazunov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.
Görüşdə Y.Qlazunov “Karyeranın qlobal trendləri” mövzusunda təqdimatla çıxış edib. Həmçinin qlobal bazarın gənc mütəxəssislərdən tələb etdiyi bilik, bacarıq və kompetensiyalar ətrafında maraqlı müzakirələr apararaq, sualları cavablandırıb.
Tədbirdən sonra Y.Qlazunov rektor Ədalət Muradovla görüşüb. Y.Qlazunov tələbələrin müzakirələrdə fəallığını, dünyagörüşlərini, biliklərini yüksək qiymətləndirərək, bu görüşlərin davamlı olmasının əhəmiyyətini vurğulayıb.
Sonra tərəflər arasında “Korn Ferry” kampaniyası ilə yanaşı, digər biznes qurumlarının idarəediciləri və aparıcı mütəxəssisləri ilə görüşlərin təşkili barədə ilkin razılıq əldə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər