Azərbaycan Dillər Universitetində rusiyalı professorun ustad dərsi olacaq

Azərbaycan Dillər Universitetində rusiyalı professorun ustad dərsi olacaq Aprelin 6-da filologiya elmləri doktoru, professor İrina Leşutina Azərbaycan Dillər Universitetində rus dilinin xarici dil kimi tədrisində müasir metodlar üzrə ustad dərsi keçirəcək.
Ustad dərsi dünyanın ən zəngin dillərindən biri olan rus dilinin statusunun möhkəmlənməsi və artırılması istiqamətində həyata keçirilən “Rus dili millətin mədəni kodu və beynəlxalq ünsiyyət vasitəsi” adlı təhsil layihəsi çərçivəsində təşkil olunur.
Tədbir Bakıdakı Rus Evi və Azərbaycan Dillər Universitetinin iştirakı ilə Kinofestivallar və Beynəlxalq Proqramlar Mərkəzi, Moskvadakı L.N.Tolstoy Dövlət Muzeyi, “KinoFokus” kompaniyasının təşkilatçılığı ilə keçiriləcək. Layihə mədəni təşəbbüslər üzrə Prezident Fondunun dəstəyi ilə həyata keçirilir.
Bununla yanaşı, aprelin 7-də layihə çərçivəsində Bakıdakı Rus Evində Rusiya Federasiyasında təhsil sistemi və ali məktəblər arasında əməkdaşlıq üzrə dəyirmi masa keçiriləcək. Tədbirin moderatoru qismində A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Yuri Kopılov çıxış edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər