Finlandiya hökuməti istefa verdi

Finlandiya hökuməti istefa verdi Finlandiyanın Baş naziri Sanna Marin hökumətin istefası ilə bağlı ölkə Prezidenti Sauli Niinistöyə müraciət edib.
Sanna Marinin hökuməti Baş nazirin başçılıq etdiyi partiyanın parlament seçkilərində məğlub olmasından sonra istefaya gedir. Hökumət yeni Nazirlər Kabineti təyin olunana qədər müvəqqəti hökumətin texniki öhdəliklərini yerinə yetirəcək. Seçkilərdə qalib gələn müxalif Milli Koalisiya Partiyası yeni hökumətin qurulmasına isə gələn həftə başlayacaq.
Xatırladaq ki, 37 yaşlı S.Marin 2019-cu ildən Finlandiya hökumətinə başçılıq edib.

Tehsil-press.az




Oxşar xəbərlər