UNEC: Heydər Əliyev irsinə dair nəşrlər dünya kataloqunda araşdırılıb

UNEC: Heydər Əliyev irsinə dair nəşrlər dünya kataloqunda araşdırılıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində Ümummilli Liderin irsi, həyat və fəaliyyətinə dair nəşrlər dünya kataloqunda -“WorldCat”da araşdırılıb.
Araşdırma zamanı kataloqda Ulu Öndərə həsr olunan 900 nəşr müəyyən olunub. Bu nəşrlərə 710 çap kitabı, 73 elektron kitab, 8 mikroforma, 1 dissertasiya, 1 əlyazma, 1 brayl şriftli kitab, 130 məqalə, 84 tammətnli məqalə, 13 arxiv materialı, 1 onlayn video və s. daxildir. Nəşrlərin 470-i ingilis, 350-si Azərbaycan, 130-u rus, 36-sı alman, 45-i fransız, 25-i türk, 20-si italyan və digər dillərdədir.

Tehsil-press.az




Oxşar xəbərlər