UFAZ-ın müəllimi: Kristalların maqnit və nəqliyyat xüsusiyyətləri ilə bağlı tədqiqatlar aparılıb

UFAZ-ın müəllimi: Kristalların maqnit və nəqliyyat xüsusiyyətləri ilə bağlı tədqiqatlar aparılıb Son zamanlar dünya elmində topoloji izolyatorlar adlanan yeni tipli materiallara maraq artmaqdadır. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədqiqat qrupunun əməkdaşı Dünya Babanlının iştirakı ilə topoloji izolyatorlara aid olan yeni kristallar yetişdirilib və Fizika İnstitutu ilə əməkdaşlıqda bu kristalların ilkin tədqiqatları aparılıb. Onların xassələrinin sonrakı tədqiqi isə Fransanın Strasburq Universitetinin POMAM Laboratoriyasında (Propriétés Optiques et Magnétiques des Architectures Moléculaires) və Strasburqun IPCMS İnstitutunda (Institut de Physique et Chimie des Matériaux de Strasbourg) həyata keçirilib.
Bu barədə UFAZ-ın fizika müəllimi, tədqiqat qrupunun üzvü Əli Hüseyn Dövlətov məlumat verib. O bildirib ki, bizim iştirakımız ilə Strasburq Universitetinin POMAM laboratoriyasında və IPCMS-də kristalların maqnit və nəqliyyat xüsusiyyətləri ilə bağlı geniş tədqiqatlar aparılıb. Laboratoriyalarda nümunələrin daşınma və maqnit xassələri kriogen temperaturda (2K-dək) və 9T-yə qədər olan maqnit sahələrində tədqiq edilib. Nəticələr hazırda təhlil olunur.

Tehsil-press.az


Oxşar xəbərlər