
Neft və Qaz İnstitutu ilə Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, universitetin Neft-qaz və filiz geofizikası, Neft və qaz geologiyası fakültələrinin II kurs magistrant tələbələrinin bir qismi Neft və Qaz İnstitutunda təcrübədə olacaq. Onlardan 4 nəfəri Ədalət Həsənovun rəhbəri olduğu Neftli-qazlı hövzələrin analizi şöbəsində, digər 4 nəfərisə Lətif Sultanovun rəhbərliyi ilə Neftli-qazlı komplekslərin litologiyası şöbəsində təcrübə keçəcəklər.
Tələbələr təcrübə müddətində geoloji kəşfiyyat və neft-qaz texnologiyaları sahəsində bilik və praktiki bacarıqlar, müasir effektiv idarəetmə üsullarının tətbiqi üzrə məlumat əldə edəcəklər.
Tehsil-press.az