Ukrayna əsgərləri hər ay 4650 manat əməkhaqqı alırlar

Ukrayna əsgərləri hər ay 4650 manat əməkhaqqı alırlar Ukrayna ordusunun rəhbərliyi bildirib ki, ukraynalı əsgərlər cəbhə xəttində döyüş əməliyyatlarında iştirak etdiklərinə görə ayda 100 min qrivna (təxminən 4650 manat) alırlar.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir: “Öz ölkəsinə xidmət edən və onu təcavüzkardan qoruyan, öz həyatını və sağlamlığını riskə ataraq, son dərəcə çətin şəraitdə tapşırıqları yerinə yetirən əsgər yüksək motivasiyalı olmalıdır”. Eyni zamanda, döyüş bölgəsində tapşırıqları yerinə yetirən, lakin döyüşlərdə birbaşa iştirak etməyən əsgərlərin, eləcə də hava hücumundan müdafiə heyətinin ayda 30 min qrivna (1379 manat) aldığı dəqiqləşdirilir. Arxa cəbhədəki əsgərlər müavinət almırlar. Fevralın əvvəlindən hərbi qulluqçuların əsas maaşı ayda demək olar ki, 20 min qrivnaya (911 manat) qədər artırılıb.
Ukraynadakı rus əsgərləri rəsmi rəqəmlərə görə ayda 37 min rubl (766 manat) baza maaşı, ön cəbhədə döyüşdükləri üçün isə ayda 158 min rubl (3272 manat) bonus alırlar. Eyni zamanda, bir çox rus əsgərləri sosial şəbəkələrdə müavinətlərinin ödənilməməsindən şikayətlənirlər.

Tehsil-press.az


Oxşar xəbərlər