
İmtahan və müsahibədə tələbələrin təlimlərdə əldə etdikləri bilik və bacarıqları, o cümlədən maraq və motivasiyalarının qiymətləndirilməsi aparılıb. Tələbələr obyektivlik şəraitində öz biliklərini nümayiş etdiriblər. İmtahan yazılı formada UNEC-də, müsahibə isə Hesablama Palatasında keçirilib.
Müsahibə Hesablama Palatasının Aparat rəhbəri vəzifəsini icra edən Tamerlan Yusifzadə, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri Fərqanə Əliyeva və Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov tərəfindən aparılıb.
Sonuncu mərhələdə tələbələr üçün Gürcüstan Dövlət Audit İnstitutu tərəfindən təlimlər keçiriləcək və onun nəticələri müvafiq qaydada qiymətləndiriləcək.
Tehsil-press.az