
Həmin platformalar sırasına “AliExpress”, “Amazon Store”, “Apple AppStore”, “Bing”, “Booking.com”, “Facebook”, “Google Play”, “Google Maps”, “Google”, “Google Shopping”, “Instagram”, “LinkedIn”, “Pinterest”, “Snapchat”, “TikTok” və “Twitter” daxildir.
Bu tətbiqlər 4 ay ərzində bütün yeni öhdəliklərə əməl etməli olacaqlar.
Yeni öhdəliklər dezinformasiyanın qarşısını alacaq, qeyri-qanuni məzmuna qarşı çevik tədbirlər görəcək, uşaqları onlayn olaraq daha yaxşı qoruyacaq və risk qiymətləndirmələri aparacaq.
Qaydalara uyğun gəlməyən platformalar qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə oluna və Aİ-dəki fəaliyyətlərinə xitam verilə bilər.
Tehsil-press.az