“Onların bir neçə belə hücum üçün kifayət qədər raketləri var”

“Onların bir neçə belə hücum üçün kifayət qədər raketləri var” Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Rusiya qüvvələrinin Ukraynanın mühüm infrastrukturlarına qarşı həyata keçirdiyi raket hücumunu dəyərləndirib.
Zelenski bu haqda teleqram hesabında paylaşdığı video mesajla xalqa müraciətində danışıb.
O, Rusiya ordusu tərəfindən ölkəsinə yönələn 60 raketin havada məhv edildiyini qeyd edib.
“Ölkənin mərkəzi bölgələrində və Kiyev yaxınlığında 40-dan çox raket məhv edilib. Onların hələ də bir neçə belə böyük hücum üçün kifayət qədər raketləri var. Bizim isə bu zərbələrdən sonra öz gücümüzə qayıtmaq üçün kifayət qədər əzm və inamımız var”, - deyə əlavə edib.
Zelenski videomüraciətində beynəlxalq tərəfdaşlarını Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər