Böyük Britaniya üçün tarixi günə saatlar qaldı...

Böyük Britaniya üçün tarixi günə saatlar qaldı... Böyük Britaniyada Kral III Çarlzın tacqoyma mərasiminə hazırlıqlar davam edir.
Mərasimlə bağlı paytaxt Londonda gecəyarısına kimi məşqlər həyata keçirilir.
Məşq üçün keçirilən paradda əsgərlər kral kortejinin tacqoyma mərasiminə gedən yolu olan Bukinqem sarayının ətrafında yürüş ediblər.
Həmçinin Londondakı Big Ben saat qülləsi və Vestminster Sarayı kral ailəsinin xatirəsinə onların görüntüləri ilə proyeksiya olunub.
Qeyd edək ki, mayın 6-da III Çarlzın tacqoyma mərasimi baş tutacaq.

Tehsil-press.az



Oxşar xəbərlər