
Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1967-ci il təvəllüdlü M.Gündüz barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib. O bir müddətdir həyat yoldaşı ilə münasibətlərinin soyuduğunu, hadisə baş verərkən isə bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdüklərini qeyd edib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.
Tehsil-press.az